Dilarənin qızı Mədəniyyət və İncəsənət Universitetinə QƏBUL OLDU - FOTO

Dilarənin qızı Mədəniyyət və İncəsənət Universitetinə QƏBUL OLDU - FOTO

Hazırda oxunan: Dilarənin qızı Mədəniyyət və İncəsənət Universitetinə QƏBUL OLDU - FOTO

201341

Əməkdar artist Dilarə Əliyevanın qızı Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.

Bizim.Media xəbər, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Dilarə qızının uğurunu bu sözlərlə bölüşüb:

“Sevincimin həddi-hüdudu yoxdur. Banu çox istəyirdi ki, aktrisa olsun. Bir ilə yaxındır hazırlaşırdı. Nəhayət ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğu fakültəsinə imtahan verdi və ən yüksək - 10 balı topladı. Yolu açıq olsun! Bütün balaların yolu açıq olsun. Uzun yolun başlanğıcındadırlar. Yazmağa da çətinlik çəkirəm, hərdən elə olur ki, hisslərini ifadə etməyə söz tapmırsan. Xoşbəxtəm, həm də kövrəyəm. Səbəbi məlum”.





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO