“Miss Azerbaijan – 2019”un modeli Səmra Hüseynova açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Səmra sosial şəbəkə hesabında paylaşım edərək xərclərinin valideyinləri tərəfindən ödənildiyini bildirib.
“Həyat çox qəribədir. Vaxtı ilə ailəm bizi sələmə (kreditlə - red.) oxutdu. Sonra modellik edərək borcları mən bağladım. İndi Türkiyədən qayıdandan sonra çox az reklam qəbul edirəm çünki seçiciyəm. Yalnız markalardan gələn reklamı qəbul edirəm. 6 aydır ki, bütün xərclərimi anam və atam ödəyir”, - deyə Səmra vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media