“Bir neçə aydır ki, adımdan feyk xəbərlər yayıb insanların pullarını oğurlayırlar. Dəfələrlə bu haqda paylaşım etsəm də, yenə inanan var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkədə paylaşdığı postda yazıb.
Aynişan sosial şəbəkələrdə haqqında yayılan saxta xəbərlərə inanmamağa səsləyib:
“Birincisi, belə söhbətin içində olduğuma necə inana bilərsiniz? İkincisi, necə düşünə bilərsiniz ki, linkə keçid edib milyonçu olacaqsınız? Elə xəbər çıxdığı günün səhəri gedib polisə ərizə yazmışam. Amma polis bunu edənləri tapa bilmədi. Ən pisi odur ki, inanıb pulunuzu oğurlatdırırsınız, sonra isə mənə qarğış edirsiniz. Mənim günahım deyil, tanınmışlığımın bədəlidir. Gücümün çatmadığı məsələlər olur”.
Qeyd edək ki, sosial şəbəkələrdə A.Quliyevanın adından bəlli miqdarda pul ödəməklə daha çox pul qazanmaq şansının olması ilə bağlı saxta məlumatlar paylaşılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:42 / 09.07.2024
Aynişan: "Belə söhbətin içində olduğuma necə inana bilərsiniz?" – FOTO
Hazırda oxunan: Aynişan: "Belə söhbətin içində olduğuma necə inana bilərsiniz?" – FOTO
Hazırda oxunan: Aynişan: "Belə söhbətin içində olduğuma necə inana bilərsiniz?" – FOTO
201211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.