"Qadınları çox istəyirəm, bir şey olarsa, tərəflərini saxlayaram, qorumağa çalışaram. Amma əzəldən qadınlar biri-birinə pislik edir".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Qapqara" verilişində deyib.
Sənətçi bildirib ki, qadınlar kişiləri pozur:
"Kişiləri pozan da qadınlardır. Çünki kişiyə tərbiyə verən birinci qadındır. Ana hansısa fərsiz oğlunu qızla evləndirirsə, artıq pislik edir. Buna görə də qadın qadının düşmənidir"
Rəşad Əliyev, Bizim.Media