Qoxmaz Əlili:

Qoxmaz Əlili: "Nuriyə Əhmədovanın qızının 7-si çıxmamış Vaqif Mustafayev ona şərt qoydu"

Hazırda oxunan: Qoxmaz Əlili: "Nuriyə Əhmədovanın qızının 7-si çıxmamış Vaqif Mustafayev ona şərt qoydu"

201085

Əməkdar artist Qorxmaq Əlili mərhum Xalq artisti Nuriyyə Əhmədova ilə bağlı müzakirə yaradacaq açıqlama verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı aktyor qonaq olduğu "O üz" verilişində danışıb.

Q.Əlili bildirib ki, Xalq artisti, rejissor Vaqif Mustafayev ağır günlər yaşayan aktrisanı məcbur çəkilişə çağırıb:

"Nuriyyə Xanımın qızı dünyasını dəyişdi. Hələ 7 mərasimi olmamışdı, rejissor ona şərt qoydu ki, “ya kinoya çəkil, ya da filmdən səni çıxardacağam”. Mən məsələni gec bildim. Deyir ki, “istəyirdim gəlsin təbii alınsın, dərtdən uzaq olsun”. Nə uzaq olmaq? Ölənə qədər dərdin içində idi, bir gözü ağladı. Hansı qohumuna, yaxınına baxıb sevinərdi?".

Aparıcı Ülviyyə Xəlilbəyovanın "onu Vaqif Mustafayev xilas etdi. Son dönəmdə olan filmlərinə çəkdi" sözlərinə Əməkdar artist "Nuriyyəni gözüyaşlı aparan o oldu. Şərt qoymuşdu ki, rolu əlindən alacağam. Bu, şərt deyil. O, aktrisa kimi lazım olmasaydı, heç çəkməzdi" cavabını verib.

Qeyd edək ki, N.Əhmədovanın yenicə ana olan qızı 1996-cı ildə kürəkəni tərəfindən qətlə yetirilərək öldürülüb.
Sənətçinin oğlu Əli isə 37 yaşında xərçəngdən dünyasını dəyişib. Nuridə 2015-ci ilin oktyabrın 10 da ürək tutmasından Bakıda vəfat edib. Sənətçi vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında torpağa tapşırılıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO