İlham Namiq Kamal: “Oğlu ilə qucaqlaşır, amma anasını bəyənmir” – VİDEO 

İlham Namiq Kamal: “Oğlu ilə qucaqlaşır, amma anasını bəyənmir” – VİDEO 

Hazırda oxunan: İlham Namiq Kamal: “Oğlu ilə qucaqlaşır, amma anasını bəyənmir” – VİDEO 

201007

“Sən o ananın oğlu ilə öpüşürsən, qucaqlaşırsan, yatıb-durursan, amma onun anasını bəyənmirsən. Bu necə olur? Paradoksdur da belə baxanda da... O da sənin anandır da, belə baxaq. Axı sən deyirsən ki, həyat yoldaşımı sevirəm. O nə sevgidir ki, onun anasına o məhəbbət yoxdur?!” 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu “Otaq 9” layihəsində deyib. 

Aktyor gənc qızların qayınana ilə deyil, tək yaşamaq istəməsini birmənalı qarşılamayaraq, tənqid edib: 

“Əvvəllər belə məsələlər olmayıb. Qızlar qayınanalarını ana kimi biliblər. İndi də elə gözəl ailələr var ki, gəlinlər getdikləri evdə qayınananı ana bilirlər. Həqiqətən də ana bilirlər. Bəzən görürsən ki, cavan qızlar deyir ki, mən tək yaşamaq istəyirəm. Niyə tək yaşamaq istəyirsən ki? Yetimsən beyəm, tək yaşayırsan?! Sənin evin, “zadın” yoxdur beyəm? Niyə yetimsən? Bu oğlan yetimdir beyəm? Xeyr, onun atası da, anası da var. Get bir yerdə yaşa da. Bu həm gülməlidir, hərdən də ağlamalıdır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO