Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının övladlarının növbəti təhsil ilinə olan problemi həll olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı söz xiridarının oğlu Yusif və qızı Bətül sosial şəbəkə hesabında məlumat yayıblar.
Özəl məktəblərin birində təhsil alan Rəşadın uşaqları bildiriblər ki, ötən il onların təhsilhaqqısını ödəyən şəxs bu il də onlara yardım edib:
"Keçən il təhsilhaqqımızı ödəyən anonim şəxs bu ilin də ödənişini edib. Təşəkkür edirəm. Həmin şəxsin kim olduğunu öyrəndim. O, istəmir ki, kim olduğunu hamı bilsin. Amma adı Anar Əlizadədir. O, adam üçün dua edirik. Deyib ki, təhsilimizdə nə problem olsa, bizə kömək edəcək".
Qeyd edək ki, qonşusunu qətlə yetirdiyinə görə Rəşad Dağlı 9 il 6 ay həbs cəzası alıb.
Rəşad Əliyev, Bizim.Media