Xalq artisti Aygün Kazımova efirdə 38 il əvvəl verdiyi proqnozun reallaşmasından söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində danışıb.
“1986-cı ildə metro ilə gedəndə insanlara baxırdım. Amma heç mənə baxan belə yox idi. Ancaq mən baxırdım hamıya.
Baxıb deyirdim ki, bir zaman gələcək, heç mən metro ilə gedə bilməyəcəm. Siz o qədər mənə baxacaqsınız ki, metro ilə rahat gedə bilməyəcəm. Bu proqnoz “Dolça” bürclərinin alın yazısıdır və bacarıqlarından biridir. Məndə də bu, çox gözəl alınır. Bu da mənim daxili hissiyatımla əlaqədardır”, - deyə Aygün vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media