Ben uşaqları ilə, Cennifer isə təklikdə ABŞ-ın Müstəqillik Gününü qeyd etdi – FOTO   

Ben uşaqları ilə, Cennifer isə təklikdə ABŞ-ın Müstəqillik Gününü qeyd etdi – FOTO   

Hazırda oxunan: Ben uşaqları ilə, Cennifer isə təklikdə ABŞ-ın Müstəqillik Gününü qeyd etdi – FOTO   

200560

Bu yaxınlarda əşyalarını ailə malikanəsindən köçürən Ben Afflek və Cennifer Lopez ABŞ-ın Müstəqillik Gününü ayrı qeyd ediblər. 

Bizim.Media xəbər verir ki, Lopez Nyu-York yaxınlığındakı Hampton otelinə yollanıb, Ben isə bütün günü uşaqları ilə Los-Ancelesdə keçirib. 

51 yaşlı Afflek qızları Violet və Serafina ilə birlikdə paparazzilərin obyektivinə tuş gəlib. Yapon restoranında uşaqları ilə nahar edən aktyor həmişəkindən daha xoşbəxt görünüb. O, fotoqraflardan utanmadan gülümsəyib və Cennifer Qarnerdən olan böyük qızını qucaqlayıb. 

Bu arada, 54 yaşlı Cennifer Lopez, vokal məşqçisi Stiv Maki ilə birlikdə Hamptonda vaxt keçirib.

Güman edilir ki, evliliyindəki problemlər fonunda dünya turunu ailə problemlərinə görə yarımçıq qoyan müğənni şəhərin səs-küyündən uzaqlaşıb musiqi ilə məşğul olmaq qərarına gəlib. “İyulun 4-ü mübarək!”, - deyə Cennifer çiçək tarlasının fonunda poza verərək sosial şəbəkədə paylaşdığı fotoya şərh yazıb. 

Xatırladaq ki, Ben Afflek və Cennifer Lopez 2022-ci ildə evləniblər. Son zamanlar internetdə aktyorlar arasında evlilik problemləri ilə bağlı şayiələr aktiv şəkildə müzakirə olunur. Cütlük bu yaxınlarda toydan qısa müddət sonra aldıqları ortaq evlərini satışa çıxarıblar və Afflek bir neçə dəfə toy üzüyü olmadan görüntülənib.

Bundan əlavə, aktyor Lopez Avropada olarkən onun evindən əşyalarını çıxarıb. Müğənninin pərəstişkarları münasibətlərindəki problemlər içərisində Cenniferin çox arıqladığını və Benin yenidən içki içməyə başladığını iddia ediblər.
Cütlüyə yaxın mənbələr bildirirlər ki, onlar münasibətlərini xilas etmək üçün var gücü ilə çalışır. Ben Afflek 2005-2018-ci illərdə aktrisa Cennifer Qarnerlə evli olub. Evlilikdən üç uşaq dünyaya gəlib: qızları Violet və Serafina və oğlu Samuel. Cennifer Lopez üçün Affleklə evlilik ardıcıl olaraq dördüncü olub. Lopezin üçüncü əri Mark Entonidən iki övladı var: Emma və Maks. 












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO