Aygün Kazımova “S.O.S”unu TƏQDİM ETDİ – VİDEO 

Aygün Kazımova “S.O.S”unu TƏQDİM ETDİ – VİDEO 

Hazırda oxunan: Aygün Kazımova “S.O.S”unu TƏQDİM ETDİ – VİDEO 

200538

Xalq artisti Aygün Kazımova uzun müddətdir anons etdiyi “S.O.S” adlı yeni layihəsini təqdim edib. 

Bizim.Media xəbər verir ki, estrada ulduzu yeni layihəsini məşhur türkiyəli rejissor Selim Akara həvalə edib. 

Ekran işində Kazımovanı “Vogue” tərzində rəqs edən 15 rəqqas müşayiət edib. İddialı layihə üzərində 60 nəfərdən ibarət yaradıcı heyət çalışıb. Çəkilişlər türkiyəli şoumen Okan Bayülgenin sahibi olduğu “Dada Salon Kabarett”də aparılıb. 

Qeyd edək ki, ölkəmizdə bu günə kimi “Vogue” rəqs tərzinə müraciət edən ifaçı olmayıb. Burada da Aygün ilkə imza atıb.

Klipin yaradıcı işlərini dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl həyata keçirib. Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aiddir. 
 







Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO