Dilan Polatın 27 il həbsi istənilir

Dilan Polatın 27 il həbsi istənilir

Hazırda oxunan: Dilan Polatın 27 il həbsi istənilir

200365

Çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla həbs olunan türkiyəli sosial media fenomeni Dilan Polatın cinayət işi ilə bağlı araşdırma prosesi davam edir.

Bizim.Media xəbər verir ki, prokurorluq müxtəlif cinayətlərə görə Dilanın 27 il müddətinə həbsini tələb edir.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Bir neçə gün əvvəl isə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO