Rusiyalı müğənni Alsu əri, yəhudi milyarder Yan Abramovdan boşanması ilə bağlı yeni açıqlama verib.
Bizim.Media-nın məlumatına görə, sənətçi bildirib ki, indi həyatında yeni səhifə açıb.
Alsu sakit bir insan olsa da, bir anda “partlaya” biləcəyini deyib. Görünür, belə də olub. 18 illik evlilikdən sonra məşhur övladlarının atası ilə münasibətinə son qoymaq qərarına gəlib.
Alsu etiraf edib ki, o, indi həyatın hər anını qiymətləndirməyi öyrənir və heç nəyə peşman deyil və xəyal etməkdən qorxmur. Estrada ulduzu əri Yan Abramovdan boşanması haqda “Russkoye radio”ya müsahibəsində bunları söyləyib:
“Mən səbirliyəm, sonra “bomba” partlayır və vulkanın təsiri başlayır. Buxarımı buraxdım və özümü yaxşı hiss edirəm. Qorxaq deyiləm, amma ehtiyatlıyam”.
Qeyd edək ki, cütlük 2024-cü il iyunun 27-də rəsmi olaraq boşanmalı idilər, lakin məhkəmə iş adamının tələbi ilə onlara daha iki ay vaxt verib. Son həftələr onlar vəkilləri vasitəsilə ünsiyyət qururlar. Yan ailəsini boşanmaqdan xilas etməyə çalışır. Amma Alsu boşanmağa qətiyyətlidir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:38 / 04.07.2024
Alsudan milyarder əri ilə boşanması haqda YENİ AÇIQLAMA - FOTO
Hazırda oxunan: Alsudan milyarder əri ilə boşanması haqda YENİ AÇIQLAMA - FOTO
Hazırda oxunan: Alsudan milyarder əri ilə boşanması haqda YENİ AÇIQLAMA - FOTO
200361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.