Rəşad İlyasovun qızı Çinə, oğlu isə Avropaya GEDİR

Rəşad İlyasovun qızı Çinə, oğlu isə Avropaya GEDİR

Hazırda oxunan: Rəşad İlyasovun qızı Çinə, oğlu isə Avropaya GEDİR

200314

Əməkdar artist Rəşad İlyasovun övladları təhsil almaq üçün xaricə gedib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində məlumat verib.

R.İlyasov qızını bu gün Çinə yola salacağını bildirib:

"Qızım bu gün təhsillə bağlı Çin yay məktəbinə gedir. Bakıda Xarici Dillər Universitetinin Çin dili fakültəsində oxuyur. 4-cü kursu bitirsin, sonra baxaq görək magistratura məsələsi necə olacaq. 

Ötən dəfə icazə vermədim. Bu dəfə getdim özüm də maraqlandım. Amma görürəm ki, bir az uşaqları sərbəst buraxmaq lazımdır.

Qızımdan da arxayınam. Qiymətləri də çox yaxşıdır. Uşaqlarıma görə çox narahatam. Oğlum da Bakı Dövlət Universitetini bitirdi. O da Avropaya gedir".
Qeyd edək ki, Rəşad həkim-pediatr Gülnarə İlyasova ilə ailəlidir.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO