Yusif Eyvazovdan boşandıqdan sonra bütün əmlak Anna Netrebkoya keçəcək - FOTO

Yusif Eyvazovdan boşandıqdan sonra bütün əmlak Anna Netrebkoya keçəcək - FOTO

Hazırda oxunan: Yusif Eyvazovdan boşandıqdan sonra bütün əmlak Anna Netrebkoya keçəcək - FOTO

200269

Xəbər verdiyimiz kimi, ötən həftələrdə məşhur opera cütlüyü – Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov və Rusiyanın Xalq artisti, soprano Anna Netrebko boşandıqlarını açıqladılar. İndi Anna və Yusif dostluq münasibətlərini saxlamağa və birgə layihələri davam etdirəcəklərinə söz verirlər.

Bizim.Media xəbər verir ki, cütlüyün ayrılmasından sonra gündəmə gələn əsas mövzu əmlak bölgüsüdür.

Burada da, hər şey qaydasındadır. Belə ki, cütlük nikahdan əvvəl müqavilə bağlayıb.

“Vyana müqaviləsi, Avstriya müqaviləsi, qadının bütün hüquqları var”. Boşandıqdan sonra bütün əmlak onun yanında qalacaq.

Yusif bunun doğru olduğunu etiraf edib: “Bütün dünyada uşaqlı qadını bütün qanunlar qoruyur”.

Əlbəttə, Anna həsəd aparan gəlin olub. Amma indi vəziyyət bir qədər fərqlidir. Hazırda Rusiyada onun qazancı yüksək deyil. Yeri gəlmişkən, “Çaykovski” zalında cütlüyün konsertinə bir biletin qiyməti 170 min rubdur.

Ulduz cütlüyün dostları əmindirlər ki, həyat yoldaşları maddi iddialar olmadan ayrılacaqlar.

İddialara görə, cütlüyün boşanmasına başqa bir səbəb isə Annanın Yusifdən varis dünyaya gətirə bilməməsidir.

“Yusif uşaqları sevir, Anna yaşına görə ona uşaq dünyaya gətirə bilməyib, 52 yaşı var, ondan 6 yaş böyükdür”- deyə cütlüyün dostları “Komsomolskaya pravda” nəşrinə bildiriblər.

Eyvazov bu yaxınlarda Azərbaycan Akademik Opera və Balet Teatrının direktoru olub. Vəzifə onun tez-tez Bakıda olmasını tələb edir. Yusifin öz dünya turları da var. Anna Azərbaycanda yox, Avropada yaşamağa üstünlük verir.

Qeyd edək ki, uzun illər əvvəl Anna uruqvaylı tenor Ervin Şrott ilə vətəndaş nikahına daxil olub. Bu münasibət 6 il davam edib. Ervindən müğənninin Tiaqo adlı bir oğlu dünyaya gəlib. Cütlüyün övladı autizm xəstəliyindən əziyyət çəkir. Netrebko Yusif Eyvzovla ailə qurduqdan sonra Tiaqonu öz oğlu kimi sevərək ona əsl ata qayğısı və nəvazişi göstərib.













Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO