Xalq artisti Mehriban Zəki paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, “Bakılılar günü” münasibətilə ilə sosial şəbəkə hesabında post yayımlayan aktrisa onların evdə ailə başçısı tərəfindən qoyulan qayda-qanunlarından yazıb.
“Bakılılar günümüz mübarək. Bakılıların xasiyyəti, insanlıq keyfiyyətləri barədə nə bilirsiniz? Bakılıların qədimdən bir adəti vardı. Əgər qonaq gələndə (o vaxt telefonla xəbər etmək adəti yox idi, çünki telefon belə yox idi) evin kişisi evdə olmasa, o evə girilməzdi”, - deyə M.Zəki vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media