Ben Afflek əşyalarını Cennifer Lopezin evindən ÇIXARDI

Ben Afflek əşyalarını Cennifer Lopezin evindən ÇIXARDI

Hazırda oxunan: Ben Afflek əşyalarını Cennifer Lopezin evindən ÇIXARDI

199641

Hollivud aktyoru Ben Afflek öz şəxsi əşyalarını Avropada istirahətdə olan həyat yoldaşı Cennifer Lopezin evindən çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Belə ki, Lopez ötən həftə İtaliyaya istirahətə gedib. Sonradan məlum olub ki, bu zaman Afflek arvadının Beverli Hillsdəki malikanəsindən əşyalarını yeni kirayə götürdüyü evə aparıb.

“Ben Brentvudda kirayə qaldığı mənzildə yaşamağa davam edir. Təxminən iki aya yaxındır ki, oradadır. Deyəsən, vəziyyəti yaxşıdır. O, hər gününü ofisində keçirir və işə diqqət yetirir. O, həm də övladları ilə birlikdə çox vaxt keçirir”, - deyə insayder nəşrə bildirib.

Cennifer Lopez və Ben Afflek gözlənilən boşanmaları ilə bağlı şayiələri şərh etməyiblər, lakin sosial şəbəkə əhli cütlüyün evliliyinin “ipdən asılı” vəziyyətdə olduğuna əmindir. Məşhurların artıq bir yerdə yaşamaması, toydan az sonra aldıqları ümumi evi satışa çıxarmaları, Afflekin bir neçə dəfə nikah üzüyüsüz görünməsi buna sübut kimi göstərilir.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO