İlham Namiq Kamal həmkarlarını tənqid ETDİ – “Yüngül yollara gedənlər çoxdur” – VİDEO

İlham Namiq Kamal həmkarlarını tənqid ETDİ – “Yüngül yollara gedənlər çoxdur” – VİDEO

Hazırda oxunan: İlham Namiq Kamal həmkarlarını tənqid ETDİ – “Yüngül yollara gedənlər çoxdur” – VİDEO

199592

“Bəzən görürsən, aktyorlar deyirlər ki, maliyyə vəziyyətimiz yaxşı deyil, çalışdığımız teatr bizə yüksək maaş vermir. Lakin Cənab Prezindentin göstərişi ilə aktyorların məvacibləri müəyyən qədər artıb. Amma “yüngül yollar”a gedən sənət nümayəndələri çoxdur. Yəni “yüngül” seriallara çəkilirlər, məclislərdə cürbəcür işlərlə məşğul olurlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu “Xəzərin sahilində” verilişində deyib.

75 yaşlı sənətkar teatrlarda çalışan və hər zaman maddi vəziyyətindən gileylənən həmkarlarını tənqid edib. Aktyor bildirib ki, onlar sənət ocağında qalıb işlədikcə digər peşəkarlara mane olurlar, bu şəraiti yaradan isə teatrların rəhbərləridir:

“Əgər səni həqiqətən də, teatrda qanə etməyən məsələlər varsa, çıx get. Niyə manə olursan axı o peşəkarlara?! Bu kimi insanlar həm teatra, həm də kinoya canını fəda edən sənətkarlara mane olurlar. Lakin onlar teatrdan getmək istəmirlər. Çünki düşünürlər ki, dövlət nə zamansa onlara fəxri ad və mükafat verəcək. Elə əsl dəhşət də budur! Bəyənmirsənsə çıx get də...

Amma gedən yoxdur. Bəli, getmirlər və o adamlar üçün də teatr rəhbərliyi şərait yaradır. Şərait yaradır ki, sən teatrda ol və digər peşəkar aktyorlara mane ol. Bu kimi şeyləri mən hər zaman açıq deyirəm. Obyektiv insanam. Mən “qırmızı şamaxılıyam” bunları da açıq deməliyəm (gülür). Başqa cür mümkün deyil”.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO