Arif Quliyevin xanımı VƏFAT ETDİ

Arif Quliyevin xanımı VƏFAT ETDİ

Hazırda oxunan: Arif Quliyevin xanımı VƏFAT ETDİ

199323

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva dünyasını dəyişib.

Bu haqda aktyorun oğlu Rövşən Quliyev Bizim.Media-ya açıqlamasında bildirib.  

Rövşən anasının bu gecə 03:00 radələrində vəfat etdiyini söyləyib:

“Anamın son sözləri qardaşım Fəridlə bağlı idi. Onu çağırırdı. Anamı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında torpağa tapşırdıq”. 

Qeyd edək ki, Gülzar Quliyeva uzun zaman idi ki, qaraciyər sirrozundan əziyyət çəkirdi. Aktyorun xanımı, bir müddət əvvəl vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Aparılan müalicələr heç bir nəticə verməyib və onun vəziyyəti ağır olaraq qalıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO