Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko 10 illik münasibətlərini sonlandıraraq boşanıb.
Bizim.Media “StarHit” nəşrinə istinadən xəbər verir ki, Y.Eyvazovla A.Netrebkonun ayrılmasına səbəb aralarında olan uzun məsafə olub.
“Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar: Yusif daha çox Bakıda işləyir, Anna isə daim Vyanadadır. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi”, - deyə nəşr yazıb.
Həmçinin bildirilib ki, dünyanın bir çox yerində mülkləri olan cütlük üçün əmlak bölgüsü çətin olmayıb.
Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:38 / 27.06.2024
Azərbaycanın Xalq artisti rus arvadından buna görə BOŞANIB
Hazırda oxunan: Azərbaycanın Xalq artisti rus arvadından buna görə BOŞANIB
Hazırda oxunan: Azərbaycanın Xalq artisti rus arvadından buna görə BOŞANIB
199283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.