Gövhər Rzayeva: ““Həyat yoldaşım mənə xəyanət etmir” deyən qadınlar özlərini aldadırlar”

Gövhər Rzayeva: ““Həyat yoldaşım mənə xəyanət etmir” deyən qadınlar özlərini aldadırlar”

Hazırda oxunan: Gövhər Rzayeva: ““Həyat yoldaşım mənə xəyanət etmir” deyən qadınlar özlərini aldadırlar”

199138

Əməkdar artist Gövhər Rzayeva “Pul qazanan kişinin xəyanətini bağışlamaq olar” fikirlərinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu haqda qarmon ustası qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.

G.Rzayeva bildirib ki, kişilərin əksəriyyəti qadınlarına xəyanət edir:

“Bəli, bu fikrimdə qalıram. Mən pul qazanan kişinin səhvini, xəyanətini bağışlayardım. Nəyə görə bağışlayardım? Tək qadınam, Allahımdan başqa pənahım yoxdur. Ona mənə verdiklərinə görə sonsuz təşəkkürümü bildirirəm. Əgər tək qadın xeylağı “Sabah uşaqlarım üçün haradan çörək pulu qazanım ki, evdə qazanım qaynasın” deyə düşünürsə, çox çətindir. O kişi ki, qadının bütün problemlərini həll edir, yəni qadın əziyyətin nə olduğunu bilmir. Qapını açır, hər şey onun üçün bir-birinin arxasınca gəlir. Bəli, bunları edən o kişinin xəyanətini bağışlamaq olar. Çünki o kişi sən qadına heç bir əziyyət vermir. Probleminin həll olunacağının dərdini etmirsən, gecələr yuxusuz qalmırsan. Sevgi yoxdur, sevgi evinin kəndarına qədərdir. Çünki sonra o sevgi keçir sənin övladlarına. Allah kişinin əzəldən gözünü “şor” edib. Mən özüm qadınlığımla gözəl qadın görəndə deyirəm ki, əcəb gözəldir. Bəs, bu kişi yazıq nə etsin? Mən özüm sürətpərəstəm. Kişi ilə 5 ildən artıq bir yerdə yaşayırsansa, evin içində onunla doğmalaşırsan. Mən demirəm ki, kişi başqa qadınlara görə çöllərə düşməlidir. Xeyr, onu demirəm. Nə edirsə etsin, amma xanımı bilməsin. Evdə kişi ilə qadının “mətbəx”i bir olanda orada məhəbbət olmur. “Həyat yoldaşım mənə xəyanət etmir” sözlərini deyən qadın özü-özünü aldatmasın.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO