Aktyor Elməddin Cəfərov açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, Elməddin “Youtube”da yayımlanan “Qız kimi” layihəsində bildirib ki, ölkəmizdə “TikTok” sosial şəbəkəsində hədiyyə istəyənlər “dilənçidirlər”.
“Xarici ölkədə “TikTok”dan istifadə edənlər görürəm, nəsə təqdim edirlər: şəkil çəkir, nəsə maraqlı iş göstərir, sənə nəsə yeni bir şeylər öyrədir. Sən də bunun qarşılığında ona “gül” və ya “şir” hədiyyəsini atırsan. Azərbaycanda isə telefonu açıb, canlıya girən kimi “mənə gül yollayın” deməyə başlayırlar. Bu, dilənçilikdir”, - deyə E.Cəfərov vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media