“Avroviziya” təmsilçilərimiz BİR ARADA - FOTO/VİDEO

“Avroviziya” təmsilçilərimiz BİR ARADA - FOTO/VİDEO

Hazırda oxunan: “Avroviziya” təmsilçilərimiz BİR ARADA - FOTO/VİDEO

198903

Xəbər verdiyimiz kimi, ötən axşam şairə və pianoçu Zəhra Bədəlbəylinin toyu olub. 

Bizim.Media xəbər verir ki, Bədəlbəylinin xoş günündə məşhur qonaqlar arasında  “Avroviziya” təmsilçilərimiz Aysel Adıgözəlzadə (Teymurzadə),  Nigar Camal və Safura Əliyeva (Əlizadə) yer alıb.  

Müxtəlif illərdə ölkəmizi təmsil edən ifaçılar birlikdə əylərək, rəqs ediblər. 

Nigar bu anları lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, Aysel Teymurzadə 2009-cu ildə dünya şöhrətli ulduz Araşla, 2010-cu ildə Safura Əlizadə və bir il sonra 2011-ci ildə Nigar Camal həmkarı Eldar Qasımovla “Avroviziya” beynəlxalq mahnı yarışmasında ölkəmizi layiqincə təmsil ediblər.  
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO