Avropa İttifaqı məşhur rusiyalı müğənnilərə SANKSİYA tətbiq etdi 

Avropa İttifaqı məşhur rusiyalı müğənnilərə SANKSİYA tətbiq etdi 

Hazırda oxunan: Avropa İttifaqı məşhur rusiyalı müğənnilərə SANKSİYA tətbiq etdi 

198806

Avropa İttifaqı (Aİ) rusiyalı müğənnilər Polina Qaqarina və Şamana (əsl adı Yaroslav Dronov - red.) qarşı sanksiyalar tətbiq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məqalə dərc olunub. 

Qadağaya əsasən, Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyaların 14-cü paketinə 116 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər, Rusiyadan fiziki və hüquqi şəxslərin adından şəxsi uçuşlar həyata keçirən təyyarələrin Aİ ərazisinə enməsinə və ya uçmasına qadağa, ixrac məhdudiyyətləri daxil edilib.
Qaqarina və Şamandan başqa, sanksiyaya aktyor İvan Oxlobıstin və “YouTube”da “Empati Manuçi” verilişinin aparıcısı Vyaçeslav Manuçarov da daxildir. Aİ onları “dövlət təbliğatı ilə məşğul olmaqda” ittiham edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO