Meyxanaçı Namiq Qaraçuxurlu bir müddət əvvəl müğənni Xatun Əliyevanın verilişlərin birində söylədiyi “Aygün Kazımova Namiq Qaraçuxurlunu bağışladı. Onu bağışlayandan sonra çiçəkləndi. Allah tərəfindən ona həvəs, gözəllik də gəldi” sözlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Sözbaz” maqazin verilişinə müsahibəsində danışıb.
Namiq Xatunun yanlış fikirdə olduğunu bildirərək, ona irad tutub:
“Elə insanlar var ki, gərək, onlar öz mövzularından danışsın. Başqa mövzuda danışmaq doğru deyil. Xatunun bu fikirləri yanlışdır. Mən bu fikirlərin dərinliyinə getmək istəmirəm. Diqqətli insanlar bilirlər ki, mən nəyi nəzərdə tuturam. Ona görə kimsə kiminsə haqqında danışanda gərək, məsuliyyətli olsun”.
Rəşad Əliyev, Bizim.Media