Xoşqədəmdən küsülü olduğu məşhurlara: “Allah onlara “salam” verməyimi nəsib etməsin”

Xoşqədəmdən küsülü olduğu məşhurlara: “Allah onlara “salam” verməyimi nəsib etməsin”

Hazırda oxunan: Xoşqədəmdən küsülü olduğu məşhurlara: “Allah onlara “salam” verməyimi nəsib etməsin”

198752

“Mənim küsülü olduğum heç kim yoxdur, ancaq “salam” vermədiklərim var. Onlara “qurtulduğum” da deyə bilmərəm. Onlar axı mənə nə ediblər ki? Mənim işim var, jurnalistəm. Mən hansısa bir məsələni üzə çıxararamsa, bu, kiminsə haqqına girmək demək deyil. Bu, mənim işimdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib. 

Xoşqədəm bildirib ki, onun küsülü olduğu məşhur yoxdur: 

“Mən elə bir layihənin aparıcısıyam ki, ola bilər ki, orada nələrsə olsun və yaşansın. Amma bu mənim kimləsə küsülü olduğuma dəlalət etmir. Mənim bir düşmənim var, o da ermənidir. Amma bir də var ki, şəxsiyyətini, davranışını sevmədiyim insanlar var. Bu da küsülü olmağım demək deyil. Çalışıram ki, o tiplərlə üz-üzə gəlməyim. Allah mənə onlara “salam” belə verməyimi nəsib etməsin, deyə yolumu dəyişirəm. Amma həqiqətən mənim küsülü olduğum insan yoxdur, “salam” vermədiklərim var”. 
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı müəyyən məsələlərə görə müğənni Aysel Əlizadə və şairə Nazilə Səfərli ilə məhkəməlik olub. Hər iki məşhurla aparıcının məhkəmə işi illərlə davam edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO