Müğənni Xatirə İslam oğlu Emilin ailə quracağı xanımı (gəlini - red.) ilə bağlı efirdə arzusunu səsləndirib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Zaurla Günaydın” verilişində danışıb.
Xatirə bildirib ki, özünün gəlinlik libasını gəlininin geyinməsini arzulayır:
“Gəlinlik paltarım o qədər gözəldir. Evdə saxlamışam. Deyirəm, Allah qismət etsin, Emilin xanımı geyinsin. Düzdür, bəyənməz. Amma deyərəm ki, 15 dəqiqə geyinib, soyunarsan, başqasını geyinərsən. Mən ailə quranda 57 kilo idim. Toydan 14 il keçir”.
Rəşad Əliyev, Bizim.Media