"Sual verirsiniz ki, “teatr üçün darıxırsınız?” Əlbəttə ki, istəyərdim orada çalışım. Amma bu yaşda aktyor və aktrisalara teatrda "əlvida" deyirlər. Onları pensiyaya göndərirlər. Düşünürəm ki, aktyor və aktrisanı pensiyaya göndərməzlər".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva qonaq olduğu "Göstərir radio" verilişində deyib.
71 yaşlı aktrisa bildirib ki, teatrlarda onu görmək istəmədikləri üçün o, zamanında oradan öz istəyi ilə ayrılıb:
"Yeri düşəndə bəzən sənət yoldaşlarıma deyirəm yaxşı ki, mən zamanında teatrdan çıxıb getdim. Yəni heç kim məni çıxartmadı, özüm getdim. Amma imkan versəydilər və şərait yaratsaydılar əlbəttə ki, mən işləyərdim. Amma məni orada görmək istəmirdilər o teatrlarda. Mənimlə beləcə sağollaşdılar. Hər il Şəkiyə və orada teatra gedirəm. O səhnənin elə bir ecazkar qüvvəsi var ki, ora gedəndə halım xarab olur. Bax, orada hansısa bir rolu canlandırmaq istəyirəm. Orada oynamaq istəyirəm".
Qeyd edək ki, Gülşad Baxşıyeva hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri, professordur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:00 / 22.06.2024
Gülşad Baxşıyeva: "Aktyor və aktrisanı pensiyaya göndərmək olmaz" - VİDEO
Hazırda oxunan: Gülşad Baxşıyeva: "Aktyor və aktrisanı pensiyaya göndərmək olmaz" - VİDEO
Hazırda oxunan: Gülşad Baxşıyeva: "Aktyor və aktrisanı pensiyaya göndərmək olmaz" - VİDEO
198556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.