Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva ABŞ-yə yollanıb.
Bizim.Media xəbər verir ki, bu haqda Aynişan sosial şəbəkə hesabında məlumat yayıb.
Aynişanı Heydər Əliyev Beynəlxalq Hava Limanından anası A.Haşımova və bir neçə dostu yola salıb.
12 saatdan çox təyyarə ilə yol qət edib, okeanın o tayına, Mayamiyə gələn bloger havanın isti olmasından gileylənib:
"Bura Mayaminin ən məşhur ərazilərindən sayılan "South Beach / Ocean Drive"di. Hava o qədər istidir ki, bir ara dedim ürəyim dayanacaq".
Həmin bu anları isə Aynişan sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media