Aynur Dadaşova: “60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır”

Aynur Dadaşova: “60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır”

Hazırda oxunan: Aynur Dadaşova: “60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır”

198093

“Geyim, tərbiyə, əxlaq yaşa baxmır. Geyimlə tərbiyə ölçülmür. Qapalı geyinib amma qadına yaraşmayan elə bir hərəkət edə bilər ki... İnsanın xasiyyəti geyimə bağlı bir şey deyil”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.

Sənətçi onun efirə geyindiyi qısa libasını tənqid edənlərə efirdən kinayə ilə ismarış yollayıb:

“Mən 60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır. Amma indi mənim nə yaşım. Mən 11 yaşımdan efirdəyəm. 20 yaşlı oğlum və 12 yaşında qızım var. Həmkarlarım hər zaman söyləyirlər ki, biz özümüzə görə yaşamırıq. Biz kiməsə görə yaşayırıq. Mənim bu geyimimə xoşaqəlməz rəylər yazsalar yalnız məni qısqanan xanımlar yaza bilər. Mən darıxa bilərəm, amma depressiyaya düşən xanım deyiləm”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO