Afaq Bəşirqızı səhhətindən DANIŞDI: “Artıq əsasız gəzirəm” 

Afaq Bəşirqızı səhhətindən DANIŞDI: “Artıq əsasız gəzirəm” 

Hazırda oxunan: Afaq Bəşirqızı səhhətindən DANIŞDI: “Artıq əsasız gəzirəm” 

197811

“Bütün xəstəliklərin ağrı-acılarına qalib gəlmək mümkündür. Amma bir insanın hərəkəti, yeriməyi, əli-ayağı məhdudlaşanda çox çətin olur. Bu, aktyor tayfası üçün isə böyük bəladır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “Elgizlə izlə” verilişində danışıb. 

Səhhətindən danışan aktrisa bildirib ki, əsasını beş gündür ki, kənara qoyub: 

“Öz mədəniyyəti ilə bizə, sizə xidmət edən, öz tərbiyəsi ilə “halal olsun” sözünü qazanan, öz kişiliyi ilə ailəsinin, dostlarının, tanışlarının hər zaman üzünü ağardan aktyorları, incəsənət insanlarını itirmişik. Mən çox kövrəlirəm ki, gör, biz kimləri itirmişik. Sizə açıq etiraf edim ki, meydan çox bayağılaşıb. Mən əsa ilə gəzirdim. Onu artıq atıb, buraya öz addımlarımla gəlmək istəyirdim. Artıq öz addımlarımla yeriyə bilməyə nail olmuşam. 5 gündür ki, əsasız gəzirəm”. 

Qeyd edək ki, A.Bəşirqızı ötən il müsahibələrinin birində xərçəngdən əziyyət çəkdiyini və sağalması üçün mütəmadi müalicələr aldığını açıqlamışdı. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO