Xalq artisti Röya Ayxan həmkarı, Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.
Proqramın aparıcısı “Məni Aygün Kazımova ilə küsülü bilənlər...” cümləsini Röyanın tamamlamasını istəyib. Estrada ulduzu isə pop diva ilə küsülü olmadığını bu sözlərlə ifadə edib:
“Bilməsinlər... Mən heç kimlə küsülü deyiləm. Mən “salam” verirəm və “salamımı” da alıram. Vəssalam! Nə edək, Aygün Kazımova ilə bir evdə yaşayaq?! (gülür) Qonşular binadan köçər”.
Rəşad Əliyev, Bizim.Media