Elnur 25 il sonra sinif yoldaşları ilə GÖRÜŞDÜ – FOTO 

Elnur 25 il sonra sinif yoldaşları ilə GÖRÜŞDÜ – FOTO 

Hazırda oxunan: Elnur 25 il sonra sinif yoldaşları ilə GÖRÜŞDÜ – FOTO 

196694

Müğənni Elnur Məmmədov sinif yoldaşları ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, məzun olmalarının 25 ili şərəfinə sinif yoldaşları ilə bir araya gələn sənətçi görüşdən çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Elnur xatirələr dolu paylaşımına bu sözləri yazıb: 

“Məktəb illəri ən saf və ən gözəl çağlarımızdır. İnsanın xatirələrinə qızıl hərflərlə həkk olur. Artıq məzun olmağımızın 25 ilini qeyd edirik. Bütün sinif yoldaşlarımı görməyə şad oldum. Əzizlərim, inanın ki, hər birinizlə qürur duyuram. Xanımlar, həmişə olduğu kimi başımızın tacısınız. Məktəb vaxtında da başımızı uca etmisiniz.
İndi də var olun. Dəyərli sinif yoldaşlarım, məni məktəb illərimə səyahət etdirdiyiniz üçün çox sağ olun. 25 ilimiz mübarək. Məktəbimizi ziyarət, müəllimlərimizi yad etdik və uşaqlığımızı xatırladıq”. 


















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO