Manaf Ağayev: “Onlar toyda yaşlı sənətkarla tərbiyəsizlik edirlər”

Manaf Ağayev: “Onlar toyda yaşlı sənətkarla tərbiyəsizlik edirlər”

Hazırda oxunan: Manaf Ağayev: “Onlar toyda yaşlı sənətkarla tərbiyəsizlik edirlər”

196528

“Peşəndən aslı olmayaraq gərək, şəxsiyyət olasan və özünə, insanlara hörmət etməlisən. İnsanlara yuxarıdan aşağı baxmamalısan. Hər şey insanın özündən asılıdır. Mən hər zaman çalışmışam ki, kiçiklə kiçik, böyüklə böyük olum. Əlimdən də nə gəlirsə insanlara kömək etmişəm. Gücüm çatmayanda da gücüm çatmayıb, etməmişəm. İnsanlar var ki, heç kimi saymır, hörmət emir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi el şənliklərində gənc həmkarlarının böyük nəslin sənətkarlarına hörmətsiz davranış göstərdiklərini bildirib: 

“Bu gün populyar olmaq çox asandır. Bir saatın və bir günün içində məşhur ola bilərsən. Amma bizim dövrümüzdə bir Allah bilir ki, bu sənətdə hansı zülmlər və əziyyətlər çəkmişəm. Bu gün isə fərqlidir. Oxuyan da, oxumayan da mənəm-mənəmlik edir.
Amma bizim dövrümüzdə biz filarmoniyaya gedəndə ağzımız nə idi ki, böyük sənətkarın yanına gedək. Küncdə oturub onlara kənardan tamaşa edirdik. Amma indi belə deyil. Bir də görürsən ki, toyda 20-30 ilin sənətkarı oturub, gənc ifaçı isə gəlir deyir ki, tez mənə söz ver, oxuyum, çıxım gedim. Bu, tərbiyəsizlikdir! Mümkün deyil ki, bundan sonra nəsə düzəlsin”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO