Aktrisa Xuraman:

Aktrisa Xuraman: "Köklükdən ölüm, amma mədəkiçiltmə ilə yox"

Hazırda oxunan: Aktrisa Xuraman: "Köklükdən ölüm, amma mədəkiçiltmə ilə yox"

196386

"Bəzən deyirlər, sən bu bədənlə iş görənsən, tərpənə bilirsən? Bədənim haqqında çox danışırlar. Bu, acığıma gəlir. Düşünürəm ki, hər kəsin qohum-əqrabasında çəkili insanlar var".

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Sənətçi bildirib ki, oğlu Əli hazırda xəstədir:

"Mənim üçün bu dəqiqə vacibi canımın sağ olmasıdır. Oğlum Əli hazırda bir az nasazdır. Onun bu dəqiqə sağalması, evimdə dincliyin olması, həyat yoldaşımın evə girəndə bizimlə maraqlanması, bir tikə rumizin olması mənim üçün milyonlara bərabərdir. Allaha and olsun, başqa heç nə istəmirəm. Villa da arzulamıram".

Artıq çəkidən əziyyət çəkdiyini söyləyən Xuraman arıqlamaq üçün heç zaman mədəkiçiltmə əməliyyatı etdirməyəcəyini vurğulayıb:

"Sağlamlığım hazırda yerindədir. Hər kəsdə olan şeylər var. Allah pis xəstəliklərdən qorusun. Əməliyyat etdirmərəm, qorxuram. Həyat yoldaşım da buna razı deyil. 

Bu yaxınlarda onunla söhbət etdik. Dedi, “artıq arıqlamalısan”. Çünki sağ dizimdə problemim var. Amma söylədi ki, “mədəkiçiltmə ilə yox. Dur, gəz, yeməyinə fikir ver”. Demirəm, qorxunc əməliyyatdır, edənlər var. Amma mənlik deyil. Mən analiz verməyə belə getməyə qorxan adamam. Gedəndə həkimin başına oyun açıram. Panikatak”ım var. Düşünürəm ki, gedib analiz verərəm, orada pis nəsə çıxar. Ona görə deyirəm, qoy, həyat öz axarı ilə davam etsin. Qoy, köklükdən dünyamı dəyişim, lakin mədəkiçiltmə əməliyyatı ilə yox. Pəhriz saxlamıram. 

Elə bilərlər hər oturanda bir çörəyi yeyirəm, yox. Evə 2 ədəd çörək alınır. Evdə həyat yoldaşım, mən, oğlum və bir kirvəmiz bizdə qalır. O 2 ədəd çörək bizə 4 gün bəs edir. Nənəm də mənim kimi kök idi. Kasıbçılıq idi, amma kök idi. Onun da mənim kimi ayaqları şişirdi".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO