Mətanətdən aparıcılara: “Buna görə ömür boyu efirə çıxmağa utanarsan” – VİDEO 

Mətanətdən aparıcılara: “Buna görə ömür boyu efirə çıxmağa utanarsan” – VİDEO 

Hazırda oxunan: Mətanətdən aparıcılara: “Buna görə ömür boyu efirə çıxmağa utanarsan” – VİDEO 

196115

“Mənim duet ortağım gigiyenik baxımından çox təmizkar olmalıdır. Çünki mən onunla oxuyuram, təmasda oluruq, nəfəs-nəfəsə gəlirik. Mən təmizlik xəstəsiyəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Özəl” verilişində deyib. 

Sənətçi bildirib ki, bu sənətdə ona kömək edən olmayıb: 

“Biz hamımız bu sənətə çətinliklə gəlmişik. Bu sahədə heç zaman köməyim olmayıb. Hər zaman zəhmət çəkmişəm. Çalışmışam ki, öz ayaqlarımın üstündə dayanım. Allahdan başqa fəryadıma çatan olmayıb. Gözləməmişəm də”. 

Aparıcılardan söz açan Əsədova onların ona şəxsi həyatı ilə bağlı verdiyi suallardan təngə gəldiyini vurğulayıb: 

“Mənə verilişlərdə lazımsız suallar verirlər. Misal üçün: “Bunu niyə dedin? Ərə niyə getmədin? Uşağın niyə olmadı? Sevgilin var? Toyun nə zamandır? Bitirin də bu söhbətləri. Bunlar çeynənilib. Bundan nə qədər sual vermək olar? Bir insanla gözəl danışın. Gözəl təmasda olun. Biz sənin evinə gəlirik. Sən, aparıcı, müğənnini efirinə çağırmısan sanki illərdir ki, ondan yanıqlısan, onu sancırsan. Sən hiss etmirsən ki, qarşındakı səni durub elə bir günə qoyar ki, ömür boyu efirə çıxmağa utanarsan. Ehtiyatlı olun. Bunları gözləmirlər”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO