Efirdə Teymurla Nanə arasında GƏRGİNLİK: “Düşünməyin ki, cavabınızı verə bilməyəcəm” – VİDEO

Efirdə Teymurla Nanə arasında GƏRGİNLİK: “Düşünməyin ki, cavabınızı verə bilməyəcəm” – VİDEO

Hazırda oxunan: Efirdə Teymurla Nanə arasında GƏRGİNLİK: “Düşünməyin ki, cavabınızı verə bilməyəcəm” – VİDEO

196002

Efirdə Əməkdar artist Teymur Əmrahla aparıcı Nanə Ağamalıyeva arasında gərginlik yaşanıb.

Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu “7 tamam” verilişində müğənnilərin canlı ifadan çox fonoqrama üstünlük verməsi ətrafında dilə gətirdiyi fikirlər olub.

“Səs yaranmayıb ki, sən hər dəqiqə fonoqram oxuyasan. Fonoqram “fon” deməkdir. Bu isə teatr və kinoya aiddir. Müğənnilər fonoqramdan “forsmajor” zamanı daha çox istifadə edirlər. Misal üçün, Müslim Maqomayev sağdır, konsertə gəlib səhnəyə çıxmalıdır, amma xəstədir. Ona fonoqramla ifa etmək olar. Çünki bu “forsmajor”dur. Niyə? Çünki M.Maqomayev 40 ildir ki, canlı oxuyur və kim olduğu artıq təsdiqlənib. Amma bir çox müğənnilər var ki, onlar özünü bu sənətdə təsdiqləməyiblər. Nanə xanım, çalışmayın ki, onların tərəfini tutasınız. Mən bu verilişə onları vurmaq üçün gəlməmişəm”, - deyə T.Əmrah vurğulayıb.

Bu anda proqramın aparıcısı Nanə “Konsertlər olub və o müğənnilər orada canlı oxuyublar. Biz indi deyə bilmərik ki, konsertlər fonoqram ifalar ilə olub. Heç kimin zəhmətini kiçiltmək əsla olmaz” sözlərini dilə gətirib.
Əməkdar artist isə aparıcının bu fikirlərinə cavab olaraq “Düşünməyin ki, sizin cavabınızı verə bilməyəcəm. Xüsusi pult var. Konserti canlı verir, amma başdan ayağa “deton” oxuyur. Sonra isə studiyada o “detonları” bir-bir təmizləyirlər. Bundan sonra isə konserti efirə verirlər. Elə də başa düşülür ki, konsert “canlı” və “təmiz” idi” sözlərini dilə gətirib.

Müğənninin bu sözlərinə isə aparıcı heç bir arqument gətirə bilməyib.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO