Şəbhəm Tovuzludan Vəfa Şərifovaya sərt sözlər: \

Şəbhəm Tovuzludan Vəfa Şərifovaya sərt sözlər: \"Az \"ailəm-ailəm\" de. Kim olduğunu hər kəs bilir\" - VİDEO

Hazırda oxunan: Şəbhəm Tovuzludan Vəfa Şərifovaya sərt sözlər: \"Az \"ailəm-ailəm\" de. Kim olduğunu hər kəs bilir\" - VİDEO

19583

Müğənni Şəbnəm Tovuzlu Vəfa Şərifovanın ünvanına sərt ifadələr işlədib.

Bizim.Media xəbər verir ki, Ş.Tovuzlu isntaqram hesabında canlı bağlantı yaradaraq həmkarı haqqında bunları söyləyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Şəbnəm Tovuzlunun köməkçisi “Şəmkir işi”nin sirlərini açdı: “Familin saxladığı xanım Vəfa Şərifovadır”


"Bir qadın da çıxıb açıqlama verir ki, qız övladım var, ailəm var. Biz də ailəliyik, bizim də övladımız var. Amma abrıma sığınıram,susuram. Sənə görə deyil! Susduqlarıma görə susuram, amma keçmişini unutma. 2008-2009-cu illərdə olduğun halları unutma. Onları ətrafındakılar bilmir, amma mən bilirdim ki, kimsən...

Allah Tacir Şahmalıoğluna can sağlığı versin. Mən hər zaman yaxşılığı bilən insanam. Kim olduğunu, keçmişini unutma! Ailəsinin qədrini bilən xanım evdə sakit oturur, danışmır. Az "ailəm-ailəm" de. Kim olduğunu hər kəs gözəl bilir".

Qeyd edək ki, ötən gün mətbuatda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkir rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işində adı keçən “Park Kolizey” MTK-nın rəhbəri Famil Xəlilovla (Veyis Xəlilov) müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifovanın da adları çəkilmişdi. Onun Şəbnəm Tovuzlu ilə illər əvvəl sevgili olduğu, Vəfa Şərifova isə ailə qurduğu qeyd edilmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO