Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın ailəsində xoş gün yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “7 tamam” verilişində danışıb.
Gülyanaq bildirib ki, onların ailəsinə iki musiqiçi gəlin gəlib:
“Mənim işim, peşəm elçi getməkdir. Ölürəm elçi getmək üçün. Cehiz aparım, toy edim. Bu yaxınlarda ailəmizdə bir elçiliyimiz oldu. Şükür Allaha, gəlinimiz evdədir. Hələ bir toyumuz da oldu. Gəlinimiz pianoçu, oğlumuz isə skripkaçıdır. Təzə bir gəlinimiz də var. Adı Fərqanədir. O da xanəndədir”.
Rəşad Əliyev, Bizim.Media