Gülşad Baxşıyeva: “Oğlanın fikri şortik geyinən qızın ayağındadır, dərsdə yox” - VİDEO

Gülşad Baxşıyeva: “Oğlanın fikri şortik geyinən qızın ayağındadır, dərsdə yox” - VİDEO

Hazırda oxunan: Gülşad Baxşıyeva: “Oğlanın fikri şortik geyinən qızın ayağındadır, dərsdə yox” - VİDEO

195659

“Evdən uzun ətəklə çıxır, dərsdə isə şortla oturur. Qızım, hara gəlmisən? Bura "plyaj" (çimərlik) deyil. Milliliyimizi itirməyək, onun üçün çimərlik, klublar, barlar var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva qonaq olduğu “Həftənin qonağı” verilişində deyib. 

Aktrisa qızların dərsə geyindiyi açıq-saçıq geyimlərini sərt şəkildə tənqid edib: 

“Deyək ki, o açıq-saçıq geyinən qızın yanında oğlan əyləşib. Mən sənətimizdən, aktyorluqdan danışıram. Görürəm ki, oğlan yavaş-yavaş qızın ağ budlarına baxır. Deyirəm, filankəs, buradayam. Deyir, hə, müəllim, Sonra yenə fikri yayınır. Deməli, bu gün o həmin dərsi öyrənmir. Axırda qızı qaldırıram, deyirəm, get, adam formasında geyin. İndiki qızlar da dilli olub.

Qarşısındakı pedaqoqun yaşını da nəzərə almır, cavab qaytarır ki, hansı paltarda gəlmişəm? Deyirəm, sən dənizə getdiyin paltarda gəlmisən. Bu uşaq başa düşmür, onu dərsə cəlb edə bilmirəm, çünki cazibə qüvvəsi sənin baldrılarındadır. Mənim dərsimə belə gəlməyin. Qolu uzunda gəlin, dar olmayan şalvar geyinə bilərsiniz, qısaqol olar, amma digər açıq, topik qətiyyən olmaz”. 
Qeyd edək ki, 71 yaşlı G. Baxşıyeva uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professorudur. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə aktrisa Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO