Mətanətin keçmiş gəlini Canana: “Qayınanam mənə ev alıb” – VİDEO 

Mətanətin keçmiş gəlini Canana: “Qayınanam mənə ev alıb” – VİDEO 

Hazırda oxunan: Mətanətin keçmiş gəlini Canana: “Qayınanam mənə ev alıb” – VİDEO 

195468

Əməkdar artist Mətanət İsgəndərli illərdir ki, qalmaqal yaşadığı keçmiş gəlini Cananaya (Aynur Vaqifqızı) ev alıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Canana qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

“Mən hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki, onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!”, - deyə Canana vurğulayıb. 
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO