Jan Klod Van Dammın azərbaycanlı gəlini baldızı ilə ALIŞ-VERİŞDƏ - FOTO

Jan Klod Van Dammın azərbaycanlı gəlini baldızı ilə ALIŞ-VERİŞDƏ - FOTO

Hazırda oxunan: Jan Klod Van Dammın azərbaycanlı gəlini baldızı ilə ALIŞ-VERİŞDƏ - FOTO

195419

Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə baldızları ilə bir araya gəlib.  

Bizim.Media xəbər verir ki, Suada baldızı Bianka Van Dammla Beverli-Hillzdə alış-verişə gedib.

Musiqiçi xanım baldızı ilə çəkdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

“Beverli-Hillzdə baldızlarla. Son foto buradakı mühitə reaksiyamı göstərir”, - deyə S.Hacızadə yazıb.  
Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.










Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO