Ayrıldıqları deyilən Cennifer və Ben BİR ARADA GÖRÜNTÜLƏNDİ – FOTO 

Ayrıldıqları deyilən Cennifer və Ben BİR ARADA GÖRÜNTÜLƏNDİ – FOTO 

Hazırda oxunan: Ayrıldıqları deyilən Cennifer və Ben BİR ARADA GÖRÜNTÜLƏNDİ – FOTO 

195062

Dünya şöhrətli məşhur cütlük Cennifer Lopez və Ben Afflek boşanma şayiələri fonunda iki həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

Bizim.Media xəbər verir ki, cütlük aktyorun qızı Vayoletin məzun tədbirinə qatılıb. 

Diqqətçəkən məqamlardan biri isə “ər-arvadın” qaşqabaqlı olması olub. Cütlük Afflekin avtomobili ilə tədbirdən birlikdə ayrılaraq onun kirayədə qaldığı evinə getsələr də, Cennifer tezliklə təkbaşına oranı tərk edib. 
Qeyd edək ki, Lopez və Afflekin boşanması ilə bağlı şayiələr onların ayrı yaşadığı məlum olduqdan sonra müzakirə olunmağa başlayıb. İnsayderlər bildiriblər ki, Ben Afflek bir neçə həftə əvvəl Los-Ancelesdəki evlərindən köçüb. O, həmçinin nikah üzüyü olmadan görüntülənib. 

Məlumat üçün bildirək ki, bu, cütlüyün ikinci cəhdidir. Onlar 2000-ci illərin əvvəllərində tanış olublar və görüşməyə başlayıblar.

2003-cü ildə isə nişanlandıqlarını elan ediblər, lakin tezliklə münasibətlərə ara verib və sonra toylarını tamamilə ləğv ediblər. Bu müddət ərzində Cennifer və Ben başqa-başqa şəxslərlə ailə qurub və hər ikisinin uşaqları olub. Ancaq pandemiya zamanı ulduzlar yenidən ünsiyyət qurmağa başlayıb və münasibətlərinə bir şans daha verməyə qərar veriblər. Cütlük 2022-ci ildə ailə həyatı qurub. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO