Cennifer Lopez və Ben Afflekin ailəsi pula görə DAĞILIR?

Cennifer Lopez və Ben Afflekin ailəsi pula görə DAĞILIR?

Hazırda oxunan: Cennifer Lopez və Ben Afflekin ailəsi pula görə DAĞILIR?

194877

Dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflekin ailə problemləri daha da ağırlaşıb.

Bizim.Media “Us Weekly” nəşrinə istinadən xəbər verir ki, insayderin məlumatına görə, cütlük münasibətin hər ikisi üçün uyğun olub-olmadığını müəyyən etmək üçün ayrı yaşayır.

54 yaşlı Cennifer diqqətini işə yönəldir, 51 yaşlı Afflek isə Cenniferin həyat tərzi ilə razılaşmır və bu evlilikdə özünü yorğun hiss edir. Digər tərəfdən problemin fərqli maliyyə şəraiti olduğu ortaya çıxıb.
Belə ki, Cenniferin kapitalı 400 milyon dollar, Afflekin sərvəti isə 160 milyon dollardır. Bütün fikir ayrılıqlarına baxmayaraq, hər ikisi evlilikləri üçün mübarizəni davam etdirir. Lopez və Afflekin boşanması ilə bağlı şayiələr onların ayrı yaşadığı məlum olduqdan sonra müzakirə olunmağa başlayıb.

İnsayderlər bildiriblər ki, Ben Afflek bir neçə həftə əvvəl Los-Ancelesdəki evlərindən köçüb.

Bundan əvvəl o paparazzilərin obyektivinə barmağında nikah üzüyü olmadan tuş gəlib.

Qeyd edək ki, bu, cütlüyün ikinci cəhdidir. Onlar 2000-ci illərin əvvəllərində tanış olublar və görüşməyə başlayıblar. 2003-cü ildə isə nişanlandıqlarını elan ediblər, lakin tezliklə münasibətlərə ara verib və sonra toylarını tamamilə ləğv ediblər. Bu müddət ərzində Cennifer və Ben başqa-başqa şəxslərlə ailə qurub və hər ikisinin uşaqları olub. Ancaq pandemiya zamanı ulduzlar yenidən ünsiyyət qurmağa başlayıb və münasibətlərinə bir şans daha verməyə qərar veriblər. Cütlük 2022-ci ildə ailə həyatı qurub.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO