Rusiyanın məşhur aktyoru terrorçular siyahısına daxil edildi

Rusiyanın məşhur aktyoru terrorçular siyahısına daxil edildi

Hazırda oxunan: Rusiyanın məşhur aktyoru terrorçular siyahısına daxil edildi

194812

Rusiyalı aktyor Aleksey Paninin başı dərddədir.

Bizim.Media xəbər verir ki, Rosfinmonitorinq sənətçini Rusiyada terror aktlarına haqq qazandıran bəyanatlarından sonra terrorçular və ekstremistlər siyahısına əlavə edildiyini açıqlayıb.

Bu barədə idarənin saytında məlumat verilib.

Müvafiq siyahıda “Panin Aleksey Vyaçeslavoviç, 10 sentyabr 1977-ci ildə anadan olub, Moskva” qeyd olunub.
Yada salaq ki, Rusiyada Panin barəsində terrora haqq qazandırdığı üçün cinayət işi açılıb. O, 2022-ci ildə Krım körpüsünün partladılması ilə bağlı ictimai açıqlamalar verdikdən sonra problem yaranıb. Fevralın 15-də məhkəmə hazırda xaricdə yaşayan sənətçini qiyabi həbs edib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO