Yusif Mustafayev:

Yusif Mustafayev: "Məcbur olub şadlıq evimi satdım"

Hazırda oxunan: Yusif Mustafayev: "Məcbur olub şadlıq evimi satdım"

194754

"Uzaqdan baxan elə bilir ki, "Kamaz"larla pulum var. Tövbə, yoxumdur. Allah ruzimi verir. Oturduğum yerdə toya gedirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev qonaq olduğu "Həmin Zaur" verilişində deyib.

O, bildirib ki, məcburiyyətdən şadlıq evini satmaq məcburiyyətində olub:

"Əziyyətlə Bakıda şadlıq evi tikdirmişdim. Orada qohumlar işləyirdi. Ərindən boşanan, həbsdən çıxan gəldi ki, “yardım elə”. Ona görə satdım. Şadlıq evinin adı var idi, bina görünürdü, içində heç nə yox idi.
İnan, üzümün tükü yoxa çıxmışdı, kosa qalmışdım. Mənə 100 şər atırlar. Qurban olum Azərbaycan dövlətinə. Hamının nə işlə məşğul olduğunu yaxşı bilirlər".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO