Xatirə Novxanıdakı 3 mərtəbəli bağ evini SATIR - VİDEO

Xatirə Novxanıdakı 3 mərtəbəli bağ evini SATIR - VİDEO

Hazırda oxunan: Xatirə Novxanıdakı 3 mərtəbəli bağ evini SATIR - VİDEO

194601

Müğənni Xatirə İslam Novxanıda bağ evini satır. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində deyib. 

Sənətçi bildirib ki, 20 sotluq həyətdə yerləşən 3 mərtəbəli villanı hələ də sata bilməyib: 

“İşimizlə əlaqədar ərim Fəxrəddin, oğlum Emil, mən özüm də gedə bilmirəm. Yalnız mühafizəçilər orada qalır. Ona görə də bağ evini satmaq istəyirəm”. 

Proqramın aparıcısı Zaur Kamalın “Xatirə villanı neçəyə satırsan?” sualına müğənni “Mən belə şeylər haqda danışmaq istəmirəm. Efir bazardır? Başımdan ağrı tutdu. Mən belə şeyləri xoşlamıram” söyləyərək dolayısı yolla bağ evinin qiymətini açıqlamaqdan vaz keçib.  

Qeyd edək ki, Xatirə qış aylarında Mərdəkan ərazisində yerləşən yeni bağ evi alıb və orada dostları ilə birgə oğlunun doğum gününü keçirib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO