Nadir:

Nadir: "Övladlarıma demişəm ki, qocalanda telefonu əlimdən alın"

Hazırda oxunan: Nadir: "Övladlarıma demişəm ki, qocalanda telefonu əlimdən alın"

194574

"Onu bilirəm ki, nəvəmi çəkib "Instagram" sosial şəbəkə platformasında paylaşmayacağam. Uşaqlarıma demişəm ki, qocalanda telefonu əlimdən alın. Birdən düzgün davranmaram". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "Həmin Zaur" verilişində deyib. 

Sənətçi bildirib ki, yaşlı nəslin nümayəndələri etdikləri xoşagəlməz hərəkətləri çəkərək sosial şəbəkələrdə paylaşırlar:

"Çünki bəzi ağbirçək və ağsaqqallara baxıram, sosial şəbəkədə onlara yaraşmayan hərəkətlər edirlər. Hər şeyi çəkib paylaşırlar. Allah bizim ağlımızı başımızdan almasın. Evdə hər şey edə bilərsən, amma paylaşa bilməzsən. Pərdə nə üçündür? Mənası böyükdür, pərdəni çəkirsən ki, evin içini də görməsinlər. Bir çox insanlar isə o pərdəni çəkib və küçəyə çıxıb ".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO