Sevgilisindən ayrılan Madonna özünə yeni boksçu sevgili TAPIB

Sevgilisindən ayrılan Madonna özünə yeni boksçu sevgili TAPIB

Hazırda oxunan: Sevgilisindən ayrılan Madonna özünə yeni boksçu sevgili TAPIB

194469

65 yaşlı Madonna 34 yaşlı britaniyalı boksçu Riçard Riakpura “yaxınlaşıb”. 

Bizim.Media xəbət verir ki, bu barədə “The Sun” nəşrinə insayder məlumat verib. 

Mənbə onların hələ də yaxşı dost olduqlarını qeyd edərək, “Riçard Madonna ilə moda sənayesindəki ortaq dostlar vasitəsilə tanış olub. Onlar gözəl anlaşır və bir-birlərinin yanında əylənirlər” deyib. 

Onun sözlərinə görə, müğənninin dəstəyini görən Riakpur növbəti döyüşə getməyə hazırlaşır. 

Qeyd edək ki, Riçardla görüşməzdən bir neçə gün əvvəl Madonna keçmiş sevgilisi Coş Popperdən ayrılıb. O, həm də boksçudur. 30 yaşlı idmançı müğənniyə övladlarını məşq edəndə yaxın olub. Lakin onların bir il davam edən münasibətləri Madonnanın gərgin iş qrafiki səbəbindən sona çatıb.

O, qastrol səfərinə intensiv hazırlaşmış və hətta həddindən artıq gərginlikdən xəstəxanaya düşmüşdü. İkili arasında düşmənçilik yoxdur: bir-birlərini daha az görməyə başlasalar da, dost olaraq qalıblar. 
Xatırladaq ki, Popperlə görüşməzdən əvvəl Madonna model Endryu Darnelldən (ondan 41 yaş kiçik) ayrılıb. Ondan əvvəl, bir neçə il müğənni36 yaş kiçik rəqqasə Ahlamalik Villiams ilə görüşüb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO