Sərxan Kərəmoğlu: “Orxan ukraynalı xanımla evlənib” - VİDEO

Sərxan Kərəmoğlu: “Orxan ukraynalı xanımla evlənib” - VİDEO

Hazırda oxunan: Sərxan Kərəmoğlu: “Orxan ukraynalı xanımla evlənib” - VİDEO

194456

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun itkin düşdüyü iddia edilib.

Bizim.Media xəbər verir ki, Orxanın doğma anası Lalə xanım “Səni axtarıram” ictimai-sosial verilişinə gələrək Xarici İşlər Nazirliyinə yazdığı məktubu nümayiş etdirib. 

O, 2023-cü ilin oktyabrında sözügedən quruma məktub yazaraq, oğlunun itkin düşdüyünü və yardım istədiyini deyib. 
 
Proqramda iştirak edən aparıcı Sərxan Kərəmoğlu Orxanın Ukraynada bir xanımla qeyri-rəsmi nikahda yaşadığını açıqlayıb: 

“Ukraynada yaşadığı qızla gəlib Azərbaycanda yaşadı. Həmin qızla vətəndaş nikahından ayrılandan sonra Bakıya qayıtdı. Oradakı qızın da kim olduğunu bilirik”. 
Qeyd edək ki, Orxan illər əvvəl Arifə adlı xanımla ailəli olub. İ.Quliyeva vəfat edəndən sonra onlar boşanıb. Cütlüyün bir oğul övladı var.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO