Nüşabə:

Nüşabə: "Təyyarədə qorxduğum üçün udquna bilmirəm"

Hazırda oxunan: Nüşabə: "Təyyarədə qorxduğum üçün udquna bilmirəm"

194397

"İldə iki dəfə sağlamlığımla bağlı yoxlanışa gedirəm. Mənim “zobum” (qalxanabənzər vəzi problemi) var. Dərman içirəm. Yalançı düyün deyirlər, toksik deyil. Yeməklə bağlı problemim var. Udquna bilmirəm, çox pis xəstəlikdir. Dünyanın naz-nemətini qarşına qoyurlar, amma uda bilmirsən. Yeyəndə mütləq su içməliyəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Həmin Zaur" verilişində deyib.

Sənətçi bildirib ki, səhhətində problem təyyarədə uçarkən qorxduqdan sonra yaranıb: "Əslində bu, müalicə olunan bir xəstəlikdir. Bu, sinir sistemi ilə bağlıdır, keçirdiyim stressə görə olub. Tikə əti nə vaxt yediyim yadıma gəlmir, çeynədikdən sonra kənara qoyuram. Yalnız ətin suyunu içirəm. Meyvələri rəndədən keçirib yeyirəm.

Bunun üçün psixoloji dərmanlar içmək lazımdır. Vaxtında ağır stresslər keçirdim. Moskvaya gedərkən təyyarədə bərk qorxdum, ondan sonra udqunmaqla bağlı problemim başladı. Bəzi adamlar da qorxanda kəkələyir".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO